Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub.
Meydan sahibləri ikinci dəfə fərqlənməyə müvəffəq olublar.
Daha doğrusu, Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə 65-ci dəqiqədə avtoqol müəllifi olub.
İsveç seçməsi hazırda 2:0 hesabı ilə öndədir.
***
Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.
“İki sahil” xəbər verir ki, meydan sahibləri hazırda 1:0 hesabı ilə öndədirlər.
38-ci dəqiqədə Emil Forsberq fərqlənib.