27 mart 2023 16:37
584

FIFA reytinqi: Argentina Braziliyanı qabaqlayaraq ilk pilləyə yüksələcək

FIFA-nın aprelin 6-da açıqlayacağı yeni reytinq cədvəlinin ilk pilləsində dəyişiklik olacaq.

İki sahil "Football Ranking"ə istinadən xəbər verir ki, Argentina millisi Braziliyanı qabaqlayaraq, zirvəyə yüksələcək.

Buna səbəb "tanqoçular"ın beynəlxalq yoldaşlıq oyununda Panamaya qalib gəlməsi, "sambaçılar" isə Mərakeşə 1:2 hesabı ilə uduzmasıdır.

Qələbə argentinalılara əlavə 1,52 xal qazandırıb. Xallarını 1 840-a çatdıran Lionel Skaloninin komandası ilk sıraya yüksələcək. 6,63 xal itirən braziliyalılar isə ikinci pilləyə geriləyəcəklər - 1 834 xal.

Qeyd edək ki, FIFA-nın açıqladığı son siyahıda Azərbaycan millisi 1 151 xalla 121-ci yerdə qərarlaşıb.