25 mart 2023 22:55
622

Türkiyə Ermənistandan zəfərlə qayıdır

Avro-2024-ün seçmə mərhələsinin 1-ci turu çərçivəsində Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb.

“İki sahil” xəbər verir ki, oyunun 10-cu dəqiqəsində Ozan Kabak topu öz qapısından keçirib. 34 dəqiqədə fərqlənən Orkun Kökçü hesabı bərabərləşdirib, 63-cü dəqiqədə isə Kerem Aktürkoğlu Türkiyənin qələbəsini təmin edən qolun müəllifi olub.

Avro-2024, seçmə mərhələ, 1-ci tur

D qrupu

21:00. Ermənistan 1-2 Türkiyə

Qollar: Ozan Kabak, 10-avtoqol (1:0), Orkun Kökçü, 34 (1:1), Kerem Aktürkoğlu, 63 (1:2)