25 mart 2023 19:35
397

"Neftçi" "Qəbələ"yə uduzdu, "Zirə" "Şamaxı" ilə heç-heçə etdi

"Neftçi" bu gün milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanaraq "Qəbələ" ilə yoxlama oyunu keçirib.

“İki sahil” xəbər verir ki, Bakı klubunun təlim-məşq bazasının stadionunda baş tutan qarşılaşma qonaqların 1-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 37-ci dəqiqədə Ramon Maçado açıb. 64-cü dəqiqədə isə Omar Hani fərqi iki topa çatdırıb. Bakı klubu 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi azaltsa da məğlubiyyətdən xilas ola bilməyib – 1-2.

Digər yoldaşlıq görüşündə isə "Zirə" və "Şamaxı" üz-üzə gəliblər.

Zirə İdman Kompleksində keçirilən oyunda qapılara qol vurulmayıb.