25 mart 2023 15:40
387

Mbappe Benzemanı geridə qoydu

Fransa millisinin futbolçusu Kilian Mbappe yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci pilləyə yüksəlib.

“İki sahil” xəbər verir ki, o, buna Avro-2024-ün seçmə mərhələsində Niderlandla matçda (4:0) dubl etməklə nail olub. Millidəki qollarının sayını 38-ə yüksəldən Mbapepe Kərim Benzemanı (37 qol) geridə qoyaraq 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, bu siyahıda ilk pillədə 53 qolla Olivye Jiru qərarlaşıb.