25 mart 2023 13:18
442

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final gününə start verilib

Martın 25-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final gününə start verilib.

“İki sahil” xəbər verir ki, bu gün fərdi alətlər üzrə (halqa, top, gürzlər, lent) yarışın qaliblərini müəyyən edəcək finallar keçirilir.

Çempionatda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtı təmsil edən gimnastlar iştirak edir. Onlar iki yaş kateqoriyasında - “gənclər” (2008-2010-cu il təvəllüdlü) və “böyüklər” (2007-ci il təvəllüdlü və daha yuxarı) yarışırlar.

Dünən fərdi çoxnövçülük üzrə çempionatın qalibləri müəyyənləşib.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı martın 24-25-də keçirilir.