Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.
Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.