24 mart 2023 10:11
672

Abdülkerim Bardakçı "Qarabağ"a qarşı yoldaşıq oyununda iştirak etməyəcək

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Abdülkerim Bardakçı "Qarabağ"a qarşı yoldaşıq oyununda iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, müalicəsi başa çatsa da, 29 yaşlı müdafiəçi Bakıya gətirilməyəcək.

Bardakçının aprelin 1-də Superliqanın XXVII turunda "Adana Demirspor"la matçda meydana çıxacağı gözlənilir.

Oyunçu Türkiyə millisinə çağırılsa da, şiddətli baş ağrıları səbəbindən heyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.