23 mart 2023 09:36
496

"Neftçi" - "Qəbələ" oyununun saatı açıqlandı

Misli Premyer Liqasında yaranan fasilədə üz-üzə gələcək "Neftçi" - "Qəbələ" yoxlama matçının başlama saatı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, martın 25-də Bakı klubunun təlim-məşq bazasının stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" 27 turdan sonra 56 xalla 3-cü, "Qəbələ" 36 xalla 5-ci pillədə qərarlaşıb.