23 mart 2023 04:01
535

İbrahimoviç: Mən hər şeyəm

İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç Avro-2024-də mümkün iştirakından danışıb.

“İki sahil” xəbər verir ki, 41 yaşlı hücumçu seçmə mərhələnin oyunları üçün İsveç millisinə çağırılıb. Lakin baş məşqçi Yanne Anderson onu ehtiyat oyunçu kimi görür.

Zlatan isə Avro-2024-də mümkün iştirakı haqda deyib: “Nəyisə demək üçün hələ tezdir. Yaşamağa və indiki zamanda qalmağa çalışıram. Amma mən hər şeyəm. Mən ndi, keçmiş və gələcəyəm”.

Qeyd edək ki, İsveç millisi Azərbaycanın Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindəndir. Onlar martın 27-də yığmamızı qəbul edəcəklər. İsveç martın 24-də isə Belçika ilə qarşılaşacaq.