22 mart 2023 23:15
507

U-17 yığmamız Qazaxıstana qalib gəldi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın yer aldığı qrupun digər oyununda Bosniya və Herseqovina Monteneqro üzərində 4:2 hesablı qələbəyə sevinib.

22 mart.

U-17, qadınlar arasında Avropa çempionatı

Seçmə mərhələ, 1-ci tur

B qrupu

17:00. Azərbaycan - Qazaxıstan - 2:0

Qollar: Ayşən Salamzadə, 17-pen; Aydan Həsənova, 80
Novi Gradski stadionu (Ugljevik)
Baş hakim: Viki De Cremer (Belçika)

Bosniya və Herseqovina - Monteneqro - 4:2

Qollar: Muhiç, 9, Hadzikaduniç, 17, Radoşeviç, 45, Pupiç, 51 - Tomaşeviç, 41, 45+3

Xallar: Bosniya və Herseqovina, 3, Azərbaycan, 3, Monteneqro, 0, Qazaxıstan, 0.