22 mart 2023 21:04
458

Ruslan Lunyov Dünya Kubokunda gümüş medal qazanıb

Hindistanda keçirilən Beynəlxaq Atıcılıq İdmanı Federasiyası (ISSF) Dünya kubokundan atıcımız Ruslan Lunyov gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, o, pnevmatik tapancadan 10 m məsafəyə atəş açmada ikinci olub.

Qeyd edək ki, yarışın qalibi adını hindistanlı Sarabjot Sinq qazanıb. Bürünc medalı da onun həmyerlisi Varun Tomar əldə edib.