22 mart 2023 12:45
400

Skaloni: Messini inandırmağa çalışacağam

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin DÇ-2026-da mümkün iştirakı ilə bağlı sualı cavablandırıb.

"İki sahil" "Tyc Sports"a istinadən xəbər verir ki, o. Messinin növbəti mundialda da oynamasına çalışacağını bildirib: “Lioneldə hər şey qaydasındadır. O, oynamaq üçün buradadır. Əksini deməyənə qədər onu milliyə çağırmağa davam edəcəyik. Hətta qərarını dəyişəndə ​​də onu inandırmağa çalışacağam".

Argentina millisi martdakı təlim-məşq toplanışında Panama və Kurasao komandaları ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisində çıxış edir. O, milli ilə DÇ-2022-nin qalibi olub.