21 mart 2023 13:58
402

Haaland İspaniya və Gürcüstana qarşı oynamayacaq

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland AVRO-2024-ün seçmə mərhələsində Norveç millisində İspaniya və Gürcüstana qarşı oynamayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının saytı məlumat yayıb.

Rəsmi məlumata görə, 22 yaşlı forvard İngiltərə kubokunun 1/4 finalında “Bernli” ilə matçda qasıq nahiyəsindən zədə alıb.