21 mart 2023 02:21
503

MMA döyüşçümüz Nəriman Abbasov növbəti qələbəsini qazanıb

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İyirmi doqquz yaşlı MMA idmançımız “Naiza Fighting Championship” turnirində fərqlənib.

“İki sahil” xəbər verir ki,  o, “Naiza Fighting Championship 50” çərçivəsində Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə gücünü mübarizə aparıb. Döyüşçümüz Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. N.Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, idmançımızın peşəkar karyerasında 29-cu qələbədir. O, buna 33 döyüşdə nail olub.