Bundesliqada 25-ci tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, sonuncu oyun günündə 3 matç keçirilib. "Maynts" - "Frayburq" matçında qalib müəyyənləşməyib - 1:1. "Bavariya" səfərdə "Bayer"ə 1:2 hesabı ilə uduzub. "Union" evdə "Ayntraxt"a 2:0 hesabı ilə qalib gəlib.
Beləliklə, 25 turdan sonra Bundesliqada lider dəyişib. Dortmund "Borussiya"sı 53 xalla 1-ci, "Bavariya" 62 xalla 2-ci, "Union" 48 xalla 3-cüdür.
Bundesliqa,
25-ci tur
19 mart
"Maynts" - "Frayburq" - 1:1
Qollar: Doan, 55 (0:1), Onisivo, 90+6 (1:1)
"Bayer" (Leverkuzen) - "Bavariya" - 2:1
Qollar: Kimmix, 22 (0:1), Palasios, 55-pen. (1:1), Palasios, 73-pen. (2:1)
"Union" - "Ayntraxt" - 2:0
Qollar: Xedira, 53, Behrens, 75