19 mart 2023 13:23
445

Nunyes millinin düşərgəsini tərk etdi

Uruqvay millisinin üzvü Darvin Nunyes yığmanın düşərgəsini tərk edib.

"İki sahil" yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Liverpul”un hücumçusunda zədə aşkarlanıb.

Həkimlər buna görə Yaponiya və Cənubi Koreya milliləri ilə yoldaşlıq görüşlərində Nunyesin oynamamasını məsləhət görüblər.. Futbolçu müalicəsini Uruqvayda davam etdirəcək.