“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasının Səudiyyə Ərəbistanı çempionatında “Abha” ilə oyunundakı qələbəsini (2:1) şərh edib.
“İki sahil” xəbər verir ki, o, özünün "Tvitter" hesabında yazıb: "Qələbə qazanmaq əladır, burada azarkeşlər qarşısında qol vurduğum üçün çox xoşbəxtəm" dedi.
Qeyd edək ki, portuqaliyalı futbolçu “Abha" ilə matçda cərimə zərbəsindən fərqlənərək üç matçlıq qolsuz seriyasını qırıb.