19 mart 2023 09:41
407

Messi aprelin əvvəlində "Əl-Hilal" ilə danışıqlar aparacaq

Fransanın "Pari Sen-Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi və onun əhatəsi aprelin əvvəlində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə görüş keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti öz "Twitter" səhifəsində yazıb.

Mənbənin məlumatına əsasən, görüşün məqsədi L.Messinin Səudiyyə klubuna mümkün transferi ilə bağlı danışıqlar aparmaqdır.

Ətraflı

Eyni zamanda, mediada L.Messi üçün prioritetin 2020-ci ilin yayında tərk etdiyi "Barselona"ya qayıtması ilə bağlı məlumatlar yayılıb.