Türkiyə Superliqası təmsilçisi "Kasımpaşa" baş məşqçisi Selçuk İnanla yolları ayırıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, S.İnan 2022-ci ilin noyabrından "Kasımpaşa"nı çalışdırırdı. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 13 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 8 dəfə uduzub.