18 mart 2023 20:08
444

Kontedən Keyn açıqlaması

"Tottenhem"in baş məşqçisi Antonio Konte futbolçusu Harri Keynin gələcəyi ilə bağlı danışıb.

“İki sahil” xəbər verir ki, ingilis hücumçu ilə "Mançester Yunayted", "Bavariya" və "Real" maraqlanır.

Mütəxəssis jurnalistlərə açıqlamasında deyib: “Yalnız onu deyə bilərəm ki, Harri komandamızda həqiqətən vacib oyunçudur, klubun simasıdır. Onun bizim üçün nə qədər önəmli olduğunu bilirsiniz. Amma Keynin gələcəyi məndən asılı deyil".