17 mart 2023 18:53
379

Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub

Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub.

“İki sahil” xəbər verir ki, XXVII turun və dövrənin son matçında "Qəbələ" "Şamaxı"nı qəbul edib. Bölgə təmsilçilərinin dueli "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin hər iki qolunu Əyyub Allaş vurub. Belçikalı hücumçu 19 və 45+1-ci dəqiqədə fərqlənib.

33-cü dəqiqədə Qəbələnin eyniadlı təmsilçisi ciddi itki ilə üzləşib. Rafael Utziq zədələnərək meydanı tərk edib.

Bu qələbə ilə xallarını 36-ya çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini qoruyub. 20 xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib, "Səbail" evdə "Turan Tovuz"la 1:1, "Neftçi" isə "Kəpəz"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.