16 mart 2023 18:18
395

"Mançester Siti" ilə müqaviləni uzatdı

"Mançester Siti"nin hücumçusu Xulian Alvareslə yeni müqavilə imzalayıb.

"İki sahil" Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, argentinalı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.  Bildirilib ki, yaxın günlərdə “Mançester Siti” Alvareslə yeni müqaviləni rəsmən elan edəcək. 

Qeyd edək ki, futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyunda 5 qol vurub.