Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Avro-2024-ün seçmə mərhələsi üçün Portuqaliya millisinə çağırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən 38 yaşlı futbolçu Portuqaliya millisinin martın 23-də və 26-da Lixtenşteyn və Lüksemburqa qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə daxil ediləcək.
Ronaldonun Portuqaliya yığması ilə son oyunu DÇ-2022-nin 1/4 finalında Mərakeşə qarşı (0:1) olub. Milliin yeni baş məşqçisi Roberto Martines hücumçunu milliyə çağırmağa hazır olduğunu açıqlamışdı.