16 mart 2023 16:52
369

"Napoli"nin futbolçusu: Çempionlar Liqasının qalibi ola bilərik

"Napoli"nin futbolçusu Viktor Osimhen Çempionlar Liqasının 1/8 finalında "Ayntraxt"a qalib gəldikləri cavab oyunundan (3:0) sonra fikirlərini bildirib.

 

"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, o, turnirin qalibi ola biləcəklərini deyib: "Bu komandanın qələbəsinə töhfə verə bilmək çox gözəldir. Hamımız əla matç oynadıq və bu, həqiqətən çətin idi.

Biz xəyal etməyə davam edirik və böyük məşqçi ilə böyük komanda olaraq qalırıq. Çempionlar Liqasının qalibi ola bilərik".