Lənkəran Olimpiya İdman Kompleksində yeni idman bölməsi - Badminton bölməsi fəaliyyətə başlayıb.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə İdman bölməsinin ilk dərsinin açılışında iştirak edibdir.
Təlim-məşq prosesi ilə yaxından tanış olan Teymur Babazadə respublikamızda, eləcə Lənkəranda idmanın inkişafı üçün geniş şəraitin olduğunu və idmana dövlətimiz tərəfindən davamlı olaraq yüksək qayğı göstərdiyini bildirib, yeni idman bölməsində məşğul olan idmançılara öz tövsiyələrini verib, onlara gələcəkdə uğurlar və idmanda yüksək nailiyyətlər əldə etməyi arzulayıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü