"Roma"nın baş məşqçisi Joze Mourinyo bu mövsümün yarısı olmasına baxmayaraq, "Napoli"ni A Seriyasını qazanması münasibətilə təbrik edib.
"İki sahil" "Roma Press"ə istinadən xəbər verir ki, o deyib: “Mövsümün ilk günündən bəri gördüyümüz eyni "Napoli"ni görəcəyimizi gözləyirik. Ümid edirəm ki, məni düzgün başa düşəcəklər, amma “Napoli”ni çempionluq münasibətilə təbrik edirəm. Skudetto onlarındır, onlar qazandılar və buna layiqdirlər.
Bu, ən güclü komandadır, "Napoli"Ninyaxşı məşqçisi, əla oyunçuları var. Onlar yayda əla iş gördülər və indi də əla işləyirlər. "Napoli" 2-ci yeri 10 xal qabaqlayır. “İnter” , “Milan” və digər rəqiblər ardıcıl yeddi və ya səkkiz matçda qələbə qazanacaq qədər stabil deyil".
Qeyd edək ki, "Napoli" A seriyasında 50 xalla liderdir.