29 yanvar 2023 09:16
424

Renatın komandası səfərdən xalla dönüb

İsveçrə Superliqasında 18-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Luqano"nun qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə lə başa çatıb.

Renat Dadaşov matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

Xallarını 21-ə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.