"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Siti"dən ayrıla biləcəyini istisna etmir.
“İki sahil” xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb. O deyib:
“Nəyinsə pozulduğunu hiss etdiyim anda karyeramı başa vuracağam, ya da müqaviləmi yeniləməyəcəyəm. Mən Fergi və Arsen kimi qalmayacağam. Müqavilə sadəcə kağızdır. Mən hələ də yaxşı oynaya biləcəyimizi hiss etdiyim üçün müqaviləni uzatdım. Ancaq sonda hər şey nəticələrdən asılıdır. Bir-birimizdən bezsək, müqaviləni yekunlaşdıracağam".
Qeyd edək ki, Pep 2016-cı ildən "şəhərlilər"i çalışdırır. O, ötən ay "Mançester Siti" ilə 2025-ci ilə qədər yeni müqavilə imzalayıb.