31 dekabr 2022 15:22
430

Ronaldo milliyə çağırılmayacaq?

Agent Paulu Barboza Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidini dəyərləndirib.

“İki sahil” xəbər verir ki, o, 37 yaşlı oyunçunun çoxlu pul qazanmağı seçdiyini vurğulayıb: "Lakin bunun ona baha başa gələcəyini başa düşür. Səudiyyə Ərəbistanında oynamağa başlayandan sonra milliyə çağırılacağına şübhə edirəm.

Bizim yazılmamış bir qaydamız var. Birləşmiş Ərəb Əmirliklərdə və ya Səudiyyə Ərəbistanında çıxış edən futbolçu çətin ki, milliyə çağırılsın. Orada fərqli futbol və fərqli intensivlik var”.

Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.