31 dekabr 2022 11:27
386

Klopp: Bir az pul yığmalıyıq

"Liverpul"un baş məşqçisi Yurgen Klopp yeni transferlərin mümkünlüyündən danışıb.

“İki sahil” xəbər verir ki, o deyib: “Bir az pul yığmalıyıq və sonra xərcləyə bilərik. Bu, belə işləyir".

Qeyd edək ki,  "Liverpul" bu ay PSV-nin hücumçusu Kodi Qakponu transfer etdiyini açıqlayıb.

Xatırladaq ki, Mersisayd təmsilçisi bu mövsüm Premyer Liqada 16 oyundan 28 xalla 6-cı yerdədir.