31 dekabr 2022 11:15
403

"Bavariya" qapıçı axtarır

"Bavariya" rəhbərliyi zədələnən  Manuel Noyerin yerinə yeni qapıçı transferi  üçün son tarix müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, "Bavariya" yeni qapıçının yanvarın 6-dan gec olmayaraq meydana çıxacağını gözləyir. Bu, son tarixdir. Məhz həmin gün Münhen təmsilçisi Dohaya təlim-məşq toplanışına yollanacaq.

Bildirilib ki, yeni qapıçı vəzifəsinə əsas namizəd Münhenqladbax "Borussiya"sından Yann Sommerdir. İcarə əsasında "Monako"da çıxış edən Aleksandr Nübelin dəvət olunması variantı da nəzərdən keçirilir.

 Xatırladaq ki, Noyer xizək sürərkən ayağını sındırıb.