30 dekabr 2022 22:27
632

Şəhid Coşqun Zülfizadənin xatirəsinə həsr edilən şahmat yarışı

Vətən şəhidi Coşqun Ədail oğlu Zülfizadə 1998-ci il dekabr ayının 27-də dağlar diyarı  Lerik rayonunun Nuravud kəndində dünyaya göz açıb. 4 ildən sonra  ailələri Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinə köçüb. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi, intizamlı əsgər kimi komandirlərin, əsgər yoldaşlarının hörmətini qazanıb. İkinci Qarabağ müharibəsinə  Coşqun könüllü olaraq qoşulub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında  Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyi üçün Coşqun Zülfizadə "Xocavəndin azad olunmasına görə" medalına layiq görülüb.

Coşqunun Vətən müharibəsində göstərdiyi igidlik  komandirlərinin diqqətindən yayınmayıb. Müharibədən sonra o, hərbi hissədə qalıb  xidmətini davam edib. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş genişmiqyaslı təxribatın qarşısını alarkən müddətdən artıq hərbi qulluqçu Coşqun Zülfizadə qəhrəmancasına şəhid olub. Ölümündən sonra ilə 3-cü dərəcəli “Vətənə xidmət  görə” ordenli ilə təltif edilib.

Lerik rayon Heydər Əliyev Mərkəzində  rayon İcra hakimiyyətinin dəstəyi, Lerik rayon Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə  elin qəhrəman oğlu Coşqun Zülfizadənin xatirəsinə həsr olunmuş məktəb komandaları arasında şahmat yarışı keçirildi. Öncə Dövlət Himini oxundu, Vətənin yaşaması naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.  Rayon Gənclər və İdman İdarəsinin rəisi N. İsaqov Coşqun  Zülfizadənin şərəfli həyat yolunda, müqəddəsliyinə  tapındığı doğma Azərbaycanına olan sevgisindən danışdı, yarışa qatılan  məktəblilərə qələbə arzuladı.

Yarışın yekununda  qalib komandalar elan olundu. 1-ci yeri şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın komandası, 2-ci yeri 3 saylı məktəb komandası, 3-cü yeri isə 2 saylı məktəbin komandası tutdular. Qaliblərə  kubok diplom və medallar təqdim edildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü