30 dekabr 2022 08:19
411

Pele ilə vida mərasimi "Santos"un stadionunda keçiriləcək

Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi ona doğma olan “Santos” futbol klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda keçiriləcək.

“İki sahil” xəbər verir ki, mərasimin gün yarım davam edəcəyi gözlənilir.

Pelenin cənazəsi olan tabutun 1956-cı ilin noyabrında “Santos” ilə debüt etdiyi meydanın ortasına qoyulması planlaşdırılır.

Learn More

Pele dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına düşən Ekumenika nekropolunun ərazisində dəfn olunacaq.