29 dekabr 2022 17:16
400

Dünya çempionu sənsən - Azarkeşlərdən Mbappeyə

PSJ-nin azarkeşləri komandanın futbolçusu, həmçinin Fransa millisinin üzvü Kilian Mbappeni dəstəkləyiblər.

“İki sahil” xəbər verir ki, bu, Liqa 1-də PSJ- "Strasburq" oyunundan (2:1) əvvəl baş verib .

"Collectif Ultras Paris" azarkeş qrupunun üzvləri 24 yaşlı futbolçuya dəstək banneri hazırlayıblar. Bannerdə yazılıb: "Gələcək sənə məxsusdur"; “Dünya çempionatının ən yaxşı bombardiri", "Dünya çempionu sənsən".

Qeyd edək ki, Fransa DÇ-2022 finalında Mbappenin het-trikinə baxmayaraq, Argentinaya penaltilər seriyasında uduzub (3:3, penaltilər seriyası - 2:4).