29 dekabr 2022 15:07
413

"Sabah" qapıçısı ilə yolları ayırdı

"Sabah" qapıçısı Aleksandr Neçayevlə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, belaruslu oyunçu 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamışdı.