29 dekabr 2022 00:42
422

“Trabzonspor”dan böyükhesablı məğlubiyyət

Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki,  daha 3 qarşılaşma baş tutub.

“Alanyaspor” “Kayserispor”u, “İstanbulspor” isə “Kasımpaşa”nı məğlub yola salıb. Son çempion “Trabzonspor” isə səfərdə “Fatih Karagümrük”ə böyük hesabla uduzub.

Türkiyə Super Liqası
16-cı tur
28 dekabr

Alanyaspor – Kayserispor 3:1
Qol: Koka, 21. Y.Özdəmir, 36. E.Karaca, 72-pen – A.Karimi, 59.

İstanbulspor – Kasımpaşa 2:1
Qol: Ethemi, 29. E.Gültəkin, 78 – Petretta, 25.

Fatih Karagümrük – Trabzonspor 4:1
Qol: Ozdoyev, 6. Borini, 34. Riççi, 67. Kuassi, 87 – Bartra, 20.