28 dekabr 2022 22:56
427

Lerikli idmançıların uğurları

Son illər dağlar diyarı Lerikdə idmana olan maraq, dövlət tərəfindən qayğı öz nəticəsini verir.  İstərsə  respublikada, eləcə  dünya dövlətlərində keçirilən müxtəlif növ idman yarışlarında lerikli gənclərin də qələbə soraqları tez-tez eşidilir. Bu günlər isə Ağır Atletika Akademiyasında qadınlar, kişilər və veteranlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku yarışında rayon idmançıları  daha bir uğura imza atıblar. Qalib idmançılarla   Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında görüş keçirildi.

Görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov idmançıları təbrik edtdi, onlara yeni-yeni uğurlar arzulayıb dedi: - Ölkəmizdə idmana olan dövlət qayğısı, bu sahədə  qazanılan uğurlu nəticələr bizi çox sevindirir. İdman durmadan inkişaf edir. Ağır Atletika Akademiyasında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku yarışında lerikli idmançıların çıxışı uğurlu alınıbdır. Belə ki,100-dən çox atletin iştirak etdiyi yarışda rayonumuzun 4 idmançıdan ibarət  komandanın  üzvü Füqan Əliyev 81 kiloqram  çəkidə qızıl medal qazanıb. Digər 3 idmançı isə müxtəlif çəki dərəcələrində 3-cü, 4-cü və 5-ci yeri tutublar. Qalib  idmançılar adından ölkədə idmanın inkişafına, idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

Çıxış edən atlet Füqan Əliyev və məşqçi Elvin Mirzəyev onlara göstərilən diqqət və qayğıya görə razılıq etdilər və gələcək yarışlarda  uğurların  sayını daha da artırmağa söz verdilər.

Sonda idmançılara və məşqçi Elvin Mirzəyevə rayon icra hakimiyyətinin Fəxri Fərman və Təşəkkürnamələri təqdim olundu.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü