“Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik. Hazırda bir qədər çətin görünür”.
“İki sahil” xəbər verir ki, bunu “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov qış transfer fəaliyyətləri barədə danışarkən deyib.
Futbol funksioneri bir neçə oyunçularının başqa klubların maraq dairəsində olmasına baxmayaraq, onları satmaq fikrinə müsbət yanaşmadıqlarını vurğulayıb: “Heç bir futbolçumuzla yollarımızı ayırmaq fikrində deyilik. Amma bəzilərinin müqavilələrində satışa dair bəndlər var. Əgər qeyd olunan çərçivədə təkliflər olsa, heç kimi məcburən saxlaya bilmərik”.
44 yaşlı klub rəhbəri “Qəbələ”nin cari mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda cəmi 20 qol vurmasından narahat olmadıqlarını əlavə edib: “Əsas məqam qol vəziyyətlərinin yaradılmasındadır ki, bu göstəricidə liderlərdən biri olduğumuza inanıram. Bu yanaşma ilə davam edəcəyimiz halda qolların davam edəcəyi də aşkardır”.
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib