"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında qarşılaşdığı bütün rəqiblərə qol vurub.
“İki sahil” xəbər verir ki, bu barədə Premyer Liqanın Tvitter səhifəsi məlumat paylaşıb.
İngiltərəli hücumçu 17-ci turda ötən gün keçirilən "Brenford"la matça (2:2) fərqlənməklə buna nail olub. O, Premyer Liqada indiyədək 32 komandanın qapısına yol tapıb.
Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqa və İngiltərə millisində 34 oyuna 18 qol vurub, 6 məhsuldar ötürmə edib.
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib