Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo"sunun qış transfer pəncərəsində futbolçuların satışından 70 milyon avro (126,476,000 manat) qazanması mümkündür.
“İki sahil” xəbər verir ki, bu barədə "Mondo" məlumat yayıb.
Nəşrin yazdığına görə, Zaqreb klubunda DÇ-2022-nin bürünc medalçısı olan Xorvatiya millisinin üzvləri çıxış edir. Bunlar Dominik Livakoviç, Josip Şutalo, Bruno Petkoviç və Mislav Orsiçdir. Qeyd olunan gəlirlərə yığmanın sözügedən futbolçularının satışı, əvvəllər "Dinamo"da çıxış etmiş digər klubların oyunçularının transfer faizi, həmçinin Mahir Emrelinin transferindən əldə olunması gözlənilən məbləğ daxildir. "Dinamo" 25 yaşlı hücumçunun satışından 1 milyon avro (1,806,800 manat) qazana bilər.
Qeyd edək ki, Mahir Emrelinin Türkiyənin "Antalyaspor" klubuna keçəcəyi haqda xəbərlər yayılıb.
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib