“İnter”in kapitanı Samir Handanoviç Milan təmsilçisində məşqçi kimi çalışmaq istəyir.
"İki sahil" “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, sloveniyalı qolkiper bu mövsümün sonunda futbolçu karyerasını bitirəcək. O, komandada qapıçılar üzrə məşqçi kimi çalışmağı düşünür.
Qeyd edək ki, 38 yaşlı Handanoviçin “İnter”lə müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub. O, 2012-ci ildən İtaliya klubunda çıxış edir.
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib