26 dekabr 2022 16:01
749

"Real Madrid"in baş məşqçisi kim olacaq?

İspaniya "Real Madrid"inin baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub.

“İki sahil” "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" hazırda 5 mütəxəssisi nəzərdən keçirir.

La Liqa təmsilçisi Karlo Ançelottinin mümkün istefasından sonra komandanın sükanı arxasına Raul Qonsale, Alvaro Arbeloa, Xabi Alonso, Tomas Tuxel və ya Yulian Nagelsmandan birini gətirməyi planlaşdırır.