26 dekabr 2022 12:55
554

Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər- Azərbaycan güləşçi

"Ağır çəkilərdəki idmançıları əldə saxlamaq da o qədər asan deyil. Çünki onlar ağrı-acıya aşağı çəkidəkilərdəki kimi dözümlü deyillər".

“İki sahil” xəbər verir ki, bu fikirləri yunan-Roma güləşçisi Eldəniz Əzizli Azərbaycan güləşində ağır çəkidəki problemlərlə bağlı danışarkən deyib.

30 yaşlı idmançı bu çəkilərin həm sərbəstdə, həm də yunan-Roma güləşində daim problemli olduğunu bildirib: "Bunun səbəbləri çoxdur və nüanslar fərqlidir. Ən böyük səbəb isə genetika ilə bağlıdır. Biz ucaboy olmadığımız üçün ağır çəkidə az güləşçilər yetişir".