26 dekabr 2022 01:30
474

Kadi bu klubla danışıq aparır

"Qarabağ"ın futbolçusu Kadi Borqesin xarici klubla danışıq apardığı haqda xəbər vermişdik.

"İki sahil" Sport.24 saytına istinadən xəbər verir ki, bu, "Krasnodar"dır. 

Həmçinin oxuyun: Rusiya klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır

Qeyd olunub ki, Rusiya klubu ilə "Qarabağ" braziliyalı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəlməyə yaxındır.

Futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına kimidir. "Transfermarkt" oyunçunun transferini 1,2 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Kadi Borqes bu mövsüm "Qarabağ"ın heyətində 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.