25 dekabr 2022 18:50
635

Voleybol: I Liqaya start verildi

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatı 2022/2023 illər mövsümü üzrə I Liqaya start verilib.

“İki sahil” xəbər verir ki, “Murov” voleybol klubunun idman zallarında təşkil olunan birinciliyin ilk günündə təsnifat mərhələsinin beş oyunu keçirilib. Yarışda “Fuar” - RSC, 7№ İOEUGİM - “Azəri-2”,  “Azəri-1” - “Aura”,  “Azəri -44” - “Sumqayıt”, “Kapitalist” - Xətai “Şahinlər” üz-üzə gəliblər.

Beləliklə, günün qalibləri olan RSC, Xətai “Şahinlər”, 7№ İOEUGİM, “Azəri-1”  və “Azəri-44” komandaları növbəti mərhələyə yüksəliblər.

Bu gün təsnifat mərhələsində keçirilməsi nəzərdə tutulan yalnız bir oyun baş tutmayıb. Təxirə salınan “Şəki” - “Delta” matçı yanvar ayında təşkil olunacaq.

Reqlamentə əsasən I Liqa yarışlarında iştirak edən yeni komandalar təsnifat mərhələsindən mübarizəyə başlayıb və qaliblər növbəti mərhələyə yüksəlib. Burada komandalar 2 qrupda, 2 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.

Qeyd edək ki, RSC, Xətai “Şahinlər”, 7№ İOEUGİM, “Azəri-1”  və “Azəri-44” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

Əsas mərhələdə birbaşa yarışacaq komandalar:

A qrupu: “Hərbi İnstitut”, Murov-2”, “Ekspress”, “Xarı bülbül”,

B qrupu: “Təhsil”, “Ryuqa”, “Masallı”, “Kontakt”

Azərbaycan çempionatı

I Liqa (kişilər)

25 dekabr

Təsnifat mərhələsi

“Fuar” - RSC (0:3)

7№ İOEUGİM - “Azəri-2”  (3:0)

“Azəri-1” - “Aura” (3:0)

“Azəri -44” - “Sumqayıt” (3:0)

“Kapitalist” - Xətai “Şahinlər” (1:3)