25 dekabr 2022 17:10
525

MPL: 2022-ci ilin son oyununda 4 qırmızı vərəqə, 4 qol

Bu gün Misli Premyer Liqasında 2022-ci ilin son qarşılaşmasında "Zirə" "Kəpəz"i qəbul edib.

“İki sahil” xəbər verir ki, mövsümün ilk yarısına yekun vuracaq 18-ci turun son oyununun 11-ci dəqiqəsində hesabı “Zirə”nin futbolçusu Rəhim Sadıxov açıb. Görüşün 18-ci dəqiqəsində Coşqun Diniyev, 21-ci dəqiqəsində isə Fərid Nəbiyev qırmızı vərəqə alaraq “Zirə”ni azlıqda qoyublar. 25-ci dəqiqədə isə Fərid Nəbiyev “Kəpəz”in bərabərlik qolunun müəllifi olub. Matçın 41-ci dəqiqəsində Nicat Süleymanov gəncəliləri hesabda önə çıxaran qolu vurub – 1-2. Elçin Əlicanov isə 58-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanaraq “Kəpəz”i azlıqda qoyub. Georgi Kantariya, 90+1 dəqiqədə “Kəpəz”in futbolçusu Georgi Kantariya qırmızı vərəqə ilə cəzalanaraq meydandan uzaqlaşdırılıb. 90+8-ci dəqiqədə isə Sertan Taşkın oyunda son nöqtəni qoyub – 2-2.

Misli Premyer Liqası

18-c tur

25 dekabr (bazar)

15:00. “Zirə” 2–2 “Kəpəz”

Qollar: Rəhim Sadıxov, 11 (1:0), Fərid Nəbiyev, 25 (1:1), Nicat Süleymanov, 41 (1:2), Sertan Taşkın, 90+8 (2:2)

Qırmızı vərəqə: Coşqun Diniyev, 18, Nemanya Andelkoviç, 21 (ikisi də "Zirə"), Elçin Əlicanov, 58, Georgi Kantariya, 90+1 (hər ikisi "Kəpəz")

Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev

Zirə İdman Kompleksinin stadionu