25 dekabr 2022 12:25
562

Messi Fransaya nə vaxt qayıdacaq?

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatından sonra Fransanın PSJ komandasının ilk oyununu buraxa bilər.

“İki sahil” xəbər verir ki, 35 yaşlı hücumçu DÇ-2022-nin qalibi olduqdan sonra vətənindədir.

Təcrübəli oyunçu mundialdakı uğuru qeyd etmək niyyətindədir, Paris təmsilçisi isə onu tələsdirmək istəmir. Messinin ilin sonunadək Fransaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, PSJ Liqa 1-in XVI turunda dekabrın 28-də "Strasburq"la üz-üzə gələcək.