"Lester"in müdafiəçisi Çağlar Söyüncü "Atletiko" ilə razılığa gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira özünün "Tvitter" hesabında yazıb. Türkiyə millisinin üzvü Madrid təmsilçisi ilə 2027-ci ilin iyun ayına kimi hesablanmış şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu transferin yayda gerçəkləşəcəyi bildirilib.
Qeyd edək ki, Söyüncünün "Lester"lə müqaviləsi bu mövsümün sonu başa çatır.
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib