30 iyun 2022 17:02
831

"Yuventus"da daha bir ayrılıq

"Yuventus" futbolçusu Federiko Bernardeski ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Federiko “Yuventus”da 5 mövsüm keçirib və 3 dəfə İtaliya çempionu olub. O, həmçinin 2 dəfə ölkə kuboku və Superkubokunu da qazanıb. Ümumilikdə Federiko “Yuventus”un heyətində 183 oyun keçirib, 12 qol vurub və 20 qolun ötürməsini verib.